AzTV nin paylaşdığı bu kadrlar müzakirələrə səbəb oldu Video

10.10.2026

Yeniavaz saytından verilən məlumata görə, Icma.az xəbər verir.


“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin (AzTV) sosial media hesablarında paylaşılan məktəblərdə geyim forması ilə bağlı süni intellektlə hazırlanmış video müzakirələrə səbəb olub.
Yeniavaz.com
xəbər verir ki, iki hissəyə ayrılmış kadrlarda məktəbli formasının tətbiq olunduğu təhsil müəssisəsi və sərbəst geyim formasının tətbiq olunduğu təhsil müəssisəsi əks olunub.
AzTV-nin “Hansı məktəbdə oxuyardınız? - Seçim sizindir” başlığı ilə paylaşdığı videonun müzakirə yaratmasına isə sərbəst geyim formasının tətbiq olunduğu təhsil müəssisəsi görüntülərində hicablı şagirdlərin əks edilməsi səbəb olub.
Qeyd edək ki, son günlər ölkədə ən çox müzakirə olunan mövzulardan biri təhsil müəssisələrində şagirdlərə və təhsilverənlərə hicabla bağlı qoyulan qadağaya dair iddialardır.
AzTV-nin yaydığı həmin kadrları təqdim edirik:

Bu gönderiyi Instagram'da gör

Yeniavaz.com (@yeniavaz_com)'in paylaştığı bir gönderi

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью