AzTV nin sürücüsü qucağında azyaşlı ilə maşın sürdü VİDEO

25.08.2026

Avtosfer portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Paytaxtın Binəqədi rayonu, "Dərnəgül" metrosunun yaxınlığında qayda pozan sürücü kameraya düşüb.

Avtosfer.az-ın məlumatına görə, hadisə avqustun 24-də saat 17:25 radələrində Dərnəgül Nəqliyyat Mübadilə Mərkəzinin yaxınlığında qeydə alınıb.

Kadrlardan görünür ki, Azərbaycan Dövlət Televiziyasına (AzTV) məxsus 99-HO-163 dövlət qeydiyyat nişanlı “Dodge” markalı avtomobilin sürücüsü nəqliyyat vasitəsini idarə edərkən qucağında azyaşlı uşaq saxlayıb. Bu səbəbdən sürücünün diqqətinin yoldan yayınması və avtomobili lazımi qaydada idarə etməkdə çətinlik çəkməsi müşahidə olunur. Bundan əlavə, sürücü təhlükəsizlik kəmərindən istifadə etməyib.

Xatırladaq ki, sürücünün idarəetmə zamanı uşağı qucağında saxlaması həm uşağın təhlükəsizliyi, həm də digər hərəkət iştirakçıları üçün ciddi risk yaradır. 

Nərmin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью