AzTV rəhbəri Zelenskini “ağılsız” adlandırdı Video

25.11.2025

Yenisabah saytına istinadən Icma.az xəbər verir.

"Zelenski necə aldadıldı".

"Yeni Sabah" xəbər verir ki, AzTV-nin həftə verilişində Dövlət Televiziyasının rəhbəri və proqramın aparıcısı Ukrayna Prezidenti barədə sərt ifadələr işlədib. 

O bildirib: "Ukrayna xalqının ən böyük faciəsi, düşünürük ki, güclü və ağıllı liderə sahib olmamasıdır!. 

Volodimir Zelenski aldanıldı. Nəyə və ya kimə?! Onu ən müxtəlif və mötəbər beynəlxalq tədbirlərin ən yüksək kürsüsündə oturdanlara. Onu bağrına basıb və əlini də kürəyinə qoyub "qorxma səninləyik!" deyənlərə. Ukrayna xalqı tək buraxıldı. İndi həmin dıraqarası dostları əli buraxaraq "qərarı özün ver" deyirlər". 

İbrahim Məmmədov


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью