AzTV sədri Dilarə Səlimi işdən çıxardı

26.06.2026

Icma.az, Yenisabah saytına istinadən bildirir.

Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin (AzTV) Mədəniyyət kanalında rəhbər vəzifədə dəyişiklik olub.

"Yeni Sabah" konkret.az-a istinadla xəbər verir ki, AzTV sədri Rövşən Məmmədovun əmri ilə "Mədəniyyət" kanalının direktoru Dilarə Səlim vəzifəsindən azad edilib.

Onun yerinə isə indiyədək sədrin köməkçisi vəzifəsində çalışan Həmidağa Əsədzadə təyin olunub. Dominos pizza

Rəhbər dəyişikliyinin səbəbi ilə bağlı hələlik rəsmi açıqlama verilməyib. Təyinatın hansı tarixdən qüvvəyə mindiyi barədə də məlumat açıqlanmayıb. 

D.Səlim 2024-cü ilin yanvarında “Mədəniyyət” telekanalının direktoru vəzifəsinə təyin olunmuşdu.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью