AzTV yeni formatda yayımlanacaq RƏSMİ

19.11.2026

Bakupost saytından verilən məlumata görə, Icma.az xəbər verir.


Azərbaycan Televiziya və Radio verilişləri QSC-yə aid olan televiziyalarda həyata keçirilən dəyişikliklərlə bağlı yayılan dezinformasiyalar, xüsusən də kanalların loqoları həqiqəti əks etdirmir.

"Bakupost" APA-ya istinadla xəbər verir ki, bu barədə AzTV-dən məlumat verilib.

"Yaxın zamanlarda ciddi format və qrafika, texniki və studiya dəyişiklikləri olacaq, xüsusən də AzTV kanalı yeni formatda yayımlanacaq və bu proses baş verəndən sonra ictimaiyyətə daha geniş məlumat veriləcək. Lakin buna qədər həmkarlarımızdan dəqiqləşdirilməyən məlumatlardan, xüsusən də yanlış loqolardan istifadə etməməyi xahiş olunur", - məlumatda qeyd olunub.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью