Azyaşlı 5 ci mərtəbədən yıxıldı, vəziyyəti ağırdır

30.06.2026

Icma.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakıda azyaşlının ağır xəsarət alması ilə nəticələnən bədbəxt hadisə baş verib.

“Qafqazinfo” xəbər verir ki, iyunun 29-u saat 13 radələrində 2017-ci il təvəllüdlü Məryəm Günəş qızı Mərciyeva yaşadığı Şərq küçəsi ev 332 mənzil 32-nin eyvanından yıxılıb.

5-ci mərtəbədən yıxılan qız xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью