Azyaşlı ağcaqanad dərmanından zəhərlənib öldü

29.04.2025

Icma.az, Bakupost saytına istinadən bildirir.


28.04.2025-ci il tarixdə saat 21:20 radələrində Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım bölməsinə 2023-cü il təvəllüdlü ( kişi cinsi) azyaşlı ağır vəziyyətdə hospitalizasiya olunub.

Bakupost.az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.

Bildirilib ki, valideynlərinin dediyinə görə həşəratlar üçün istifadə olunan dərman qəbul edib.

Zəruri tibbi xidmətlərin göstərilməsinə baxmayaraq, 28.04.2025-ci il tarixində saat 21: 45-də ölüm faktı qeydə alınıb.

Qeyd edək ki, zəhərlənmə hadisə rayonun Mahmudlu kəndində baş verib.

Məlumata görə T.Tapdıqov evdə nəzarətiz qalan zaman ağcaqanadlar üçün nəzərdə tutulmuş zəhərli mayeni içib.

Faktla bağlı araşdırma aparılır.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью