Azyaşlı futbolçuları yumruqlayan məşqçiyə AFFA dan ağır cəza

23.04.2025

Qafqazinfo saytına istinadən Icma.az xəbər verir.

AFFA İntizam Komitəsi U-15 Liqasında keçirilən “Şamaxı” – “Metak” oyununda baş verən neqativ hallarla bağlı qərarını açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, matçın sonlarında hakimi təhqir edən “Şamaxı”nın baş məşqçisi Tərlan İsgəndərov 5 oyunluq sanksiya ilə üzləşib.

Həmin anda eyn hərəkətə yol verən “Şamaxı”nın rəsmisi Amil Mənsimov də 5 matçlıq diskvalifikasiya olunub.

Bundan başqa, “Şamaxı”da adı protokolda qeyd edilməyən, lakin qeydiyyatda olan məşqçi Vüqar Süleymanov meydana daxil olaraq rəqibin bir neçə azyaşlı futbolçusunu yumruqla vurub. AFFA İntizam Məcəlləsinin 1-ci maddəsinin icazə verdiyi müstəsna hal nəzərə alınaraq o, 1 il müddətinə futbolla bağlı hər hansı fəaliyyətdən məhrum edilib. Müstəsna hal olaraq komanda 500 manat cərimələnib.

“Şamaxı”nın növbəti ev oyunu azarkeşsiz keçiriləcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью