Azyaşlı Heydər Əliyev prospektində velosipedin qabağını qaldırıb sürdü VİDEO

17.11.2025

Avtosfer saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Xırdalanda velosipedlə hərəkətdə olan yeniyetmə yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq təhlükəli vəziyyət yaradıb. 

Avtosfer.az xəbər verir ki, şəhərin Heydər Əliyev prospektində azyaşlı sürdüyü velosipedin ön təkərini qaldıraraq idarə edib.

Hadisə zamanı həm digər sürücülər, həm də yoldan keçən piyadalar üçün real təhlükə yaranıb. Bu cür davranış qəza riskini xeyli artırır və xüsusilə sıx hərəkətli yollarda ciddi fəsadlara səbəb ola bilər.

Mütəxəssislər bildirirlər ki, velosipedçilər də digər yol hərəkəti iştirakçıları kimi qaydalara riayət etməli, təhlükəsizliyi prioritet hesab etməlidirlər. Bu cür məsuliyyətsiz hərəkətlər həm özləri, həm də ətrafdakılar üçün ağır nəticələr doğura bilər.

Eltac Zülfüqaroğlu

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью