Azyaşlı niyə bağçadan çıxardılır? VİDEO KONKRET

08.08.2026

Konkret.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azyaşlının şəkərli diabet xəstəsi olduğu üçün “Barama” uşaq bağçasından kənarlaşdırıldığı iddia edilir.

KONKRET.az xəbər verir ki, uşağın anası Hədiyyə Qurbanəliyeva Xəzər TV-yə açıqlamasında bildirib ki, ona xəbərdarlıq edilmədən övladı bağçanın “Əcəmi” filialından uzaqlaşdırılıb.

Valideyn qeyd edib ki, uşağın bütün tibbi sənədləri qaydasındadır və o, mütəmadi həkim nəzarətindədir. Buna baxmayaraq, bağça rəhbərliyi xəstəliyi əsas gətirərək uşağın bağçada qalmasına məhdudiyyət tətbiq edib.

“Sentyabrın 1-i 2025-ci ildən doqquz ay bağçaya getdi, onuncu ay bildik ki, şəkərli diabetdir. İkinci qrup əlillik təyin olunub. Şəkərli diabet olduğuna görə bəhanə edirlər ki, tibb bacısı gah olur, gah olmur, amma yalan deyirlər”, – o əlavə edib.

H.Qurbanəliyevanın iddiasına görə, əvvəlcə onlara övladının 1-2 ay evdə dincəlməsinin məqsədəuyğun olduğu bildirilib. Daha sonra isə uşağın bağçada qalması üçün əlavə olaraq fərdi nəzarətçinin tutulması tələb edilib: “Mən onlara vəziyyəti izah etdim. Dedilər ki, uşaq bir az sağalsın, özünə gəlsin, danışarıq. Bildirdim ki, çıxarılma olacaqsa, indidən deyin, işimi bilim, çünki ödəniş edirəm. Qeyd etdilər ki, belə bir şey olmayacaq. Sonra isə bağçaya çağırıb dedilər ki, bu məsuliyyəti üzərimizə götürə bilmərik. Uşaq xəstədir deyə onu niyə cəmiyyətdən uzaqlaşdırsınlar? Niyə öz yaşıdlarından geri qalsın?”

Valideynin sözlərinə görə, bağça əməkdaşları dəfələrlə onlarla əlaqə saxlayaraq uşağın portal qeydiyyatından çıxarılmasını tələb ediblər. Onlar buna razılıq vermədiklərini bildirsələr də, sonradan uşağın qeydiyyatının ləğv edildiyi barədə məlumat alıblar. Qeydiyyatın ləğvi ilə bağlı onlara heç bir rəsmi sənəd, tibbi rəy və ya hüquqi əsas təqdim olunmayıb.

O deyib ki, bu yanaşma həm etik normalara, həm də uşaqların hüquqlarının qorunması prinsiplərinə ziddir. Bununla bağlı artıq aidiyyəti qurumlara müraciət edilib.

Müəssisə rəhbərliyi məsələ ilə bağlı iddialara aydınlıq gətirməyib.

Qeyd edək ki, daha öncə də “Barama Uşaq Bağçası”nın Yasamal filialı ilə bağlı şikayət edilmişdi.

Valideyn Muxtarova Səkinə Hüseyn qızı bildirmişdi ki, 3 yaşlı oğlu M.Muxtarov müəssisədə olduğu müddətdə autizm spektr pozuntusu olduğu ehtimal edilən başqa bir uşaq tərəfindən dəfələrlə dişlənib, qorxudulub və psixoloji təzyiqə məruz qalıb.

Daha ətraflı videosüjetdə:

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью