Avtosfer saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır. Azyaşlı övladına avtomobil sürməyə icazə verən ata cərimə olunub.
Avtosfer.az xəbər verir ki, hadisə Türkiyənin Qaziantep şəhərində baş verib.
Belə ki, şəhər mərkəzində ata azyaşlı uşağını sükan arxasına keçirərək hərəkətin intensiv vaxtı ona avtomobil idarə etməyə icazə verib.
Həm özünün, həm də digər sürücülərin həyatını təhlükəyə atan ata və oğulunun görüntülərini motosiklet sürücüsü mobil telefon vasitəsi ilə qeydə alıb.
Sosial şəbəkələrdə yayılan görüntülərdən sonra Qaziantep Yol Polisi İdarəsi hərəkətə keçərək yol hərəkəti qaydalarını pozan sürücünü saxlayıb.
Polis əməkdaşları ona 18 min 677 TL məbləğində cərimə yazıblar.
Namiq Musayev Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.