Avtosfer saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Belçikanın Namür şəhərində 15 aylıq qızını avtomobildə unudaraq ölümünə səbəb olan şəxslə bağlı cinayət işi başlanıb.
Avtosfer.az “Spiegel” qəzetinə istinadla xəbər verir ki, ata işə gedərkən körpə övladını uşaq bağçasına aparmağı unudub.
Nəticədə körpə atasının iş yerinin parklanma yerində saatlarla avtomobildə qalıb.
Həmin gün Belçikada havanın temperaturu 25 dərəcə olub və uşaq hipertermiyadan vəfat edib.
Hadisə ilə əlaqədar ehtiyatsızlıqdan adamöldürmə maddəsi ilə cinayət işi başlanıb.
İlkin araşdırmalara əsasən, uşağın yanlışlıqla avtomobildə unudulduğu ehtimal olunur.
Qeyd edək ki, mütəxəssislər isti havada uşaqların avtomobildə tək qalmamasını tövsiyə edirlər.