Oxu.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
1993-cü il təvəllüdlü Sevda Əli qızı Məmmədova ağır xəstəliklə mübarizə aparır.
Bu barədə Oxu.Az-a onun həyat yoldaşı Ramil Məmmədov məlumat verib.
O qeyd edib ki, Sevda Məmmədovanın vəziyyəti ağırdır: "Sevda limfoma xərçəngi ilə mübarizə aparır.
Xəstəliyini yeni öyrənməyimizə baxmayaraq, sürətlə inkişaf edir. 3 ay ərzində əlimdə nə var idisə, yoldaşım üçün xərclədim.
Artıq maddi olaraq tükənmişəm. Baxmayaraq ki, cəmi bir neçə aydır xəstəliklə mübarizə aparırıq, çox sürətlə inkişaf etdiyi üçün yoldaşım art
İki azyaşlı övladımız var. Onları belə tanımır. Yerimə qabiliyyətini itirib. Beyin artıq funksiyalarını yerinə yetirmir.
Qarşısında heç kim olmadığı halda söhbət edir. Xalqımdan xahiş edirəm, bizə dəstək olsunlar. Azyaşlı övladlarımın analarına ehtiyacı var.