Azyaşlı pirotexniki vasitədən xəsarət aldı

31.12.2024

Icma.az, Teleqraf.com saytına istinadən bildirir.

Cəlilabadda azyaşlı
pirotexniki partladıcı vasitədən ağır xəsarət alıb.

Teleqraf.com-un Cənub bürosu xəbər verir ki, Cəlilabad rayon sakini, 7 yaşlı Ş. Aslanov pirotexniki partladıcı vasitənin partlaması nəticəsində müxtəlif yanıq xəsarətləri alıb.

O, dərhal Rayon xəstəxanasına çatdırılıb. Azyaşlıya üzün və tənəffüs yollarının 2 və 3-cü dərəcəli yanığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью