Azyaşlı qıza təcavüz edən futbolçu həbs olundu

28.11.2026

Icma.az, Lent az portalına istinadən məlumatı açıqlayır.

Argentinada yetkinlik yaşına çatmayan qıza qarşı cinsi zorakılıqda ittiham olunan 19 yaşlı futbolçu Dilan Yair Bundu Kortesin həbs müddəti daha bir ay uzadılıb.

Lent.az xarici KİV-ə istinadla xəbər verir ki, hadisə oktyabrın sonunda Argentinanın San-Xuan əyalətində keçirilən əyləncə məclisində qeydə alınıb.

Prokurorluq futbolçunun ölkədən qaçmaq və istintaq iştirakçılarına təzyiq göstərmək ehtimalını əsas gətirərək onun həbs müddətinin 4 ay uzadılmasını istəyib. Vəkillər isə futbolçunun azadlığa buraxılmasını və ya ev dustaqlığına göndərilməsini tələb ediblər.

Məhkəmə prokurorluğun vəsatətini qismən təmin edərək futbolçunun həbs müddətini bir ay uzadıb.

Zərərçəkən artıq ifadə verib. Hazırda şahidlərin dindirilməsi, ekspertiza nəticələrinin əldə olunması və hadisənin videogörüntülərinin olub-olmamasının müəyyənləşdirilməsi istiqamətində araşdırmalar aparılır.

Futbolçu qızla cinsi münasibətdə olduğunu təsdiqləsə də, bunun qarşılıqlı razılıq əsasında baş verdiyini iddia edib. Prokurorluq isə bu versiyanı qəbul etmir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью