Avtosfer saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Abşeron rayonu, Qobu qəsəbəsində qaydaları kobud şəkildə pozan sürücü videosunu sosial şəbəkə hesabında paylaşıb.
Avtosfer.az-ın məlumatına görə, 10-SR-045 dövlət nömrə nişanlı “KamAZ” markalı yük maşınının sürücüsü yolda təhlükəli manevrlər edib.
Görüntüdən məlum olduğu kimi, o, daşla dolu avtomobilin ön təkərlərini bir neçə dəfə yer səthindən qaldıraraq “şou” göstərib. Bu zaman qəza riski yaradıb və arxadan gələn maşının hərəkətinə əngəl törədib.
Daha sonra sürücü axşam işıqlarını söndürərək yoluna davam edib.
Eyni zamanda, nəqliyyat vasitəsinə normadan artıq yük vurulub.
Qeyd edək ki, kadrlardan sürücünün azyaşlı olduğu ehtimal edilir və videonun paylaşıldığı profilin onun özünə məxsus olduğu görünür.
Nərmin
Oxunub 58