Azyaşlı uşağı qabaqda otuzdurub təhlükəli manevr etdi VİDEO

23.01.2025

Avtosfer saytına istinadən Icma.az xəbər verir.

Bakıda xanım sürücünün törətdiyi qayda pozuntuları digər avtomobildəki kameraya qeyd olunub. Avtosfer.az xəbər verir ki, hadisə yanvarın 20-də, paytaxtın Məhəmməd Hadi küçəsində qeydə alınıb.

Belə ki, 99-TJ-568 dövlət qeydiyyat nişanlı "Toyota" markalı avtomobilin sürücüsü bir neçə qayda pozuntusu törədib. Əsas diqqət çəkən məqam, sürücünün azyaşlı övladını avtomobilin ön oturacağında xüsusi təhlükəsizlik qurğusu olmadan oturtması olub. Qanunvericiliyə görə, avtomobilin ön oturacağında xüsusi qurğu olmadan yalnız 12 yaşdan yuxarı uşaqlar otura bilərlər.

Fərid

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью