Azyaşlı uşaq ölümdən son anda döndü ANBAAN VİDEO

17.09.2026

Bizim media saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakıda skuter sürən azyaşlının iştirakı ilə təhlükəli anlar yaşanıb.
Bizim.Media xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə videogörüntü yayımlanıb.
Görüntülərdən məlum olur ki, hadisə günün qaranlıq saatlarında, nəqliyyatın intensiv hərəkət etdiyi Neftçilər prospektində baş verib. Skuterlə hərəkət edən azyaşlı qəfil manevr edərək minik maşınının qarşısına çıxıb.
Nəqliyyat vasitəsinin sürücüsü son anda əyləci basaraq toqquşmanın qarşısını ala bilib.
Nəticədə azyaşlı mümkün qəza və ağır xəsarət alma təhlükəsindən son anda yayınıb.
Gözlənilməz hadisə sürücünün ciddi stres keçirməsinə səbəb olub. (Oxu.az)

Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью