Azyaşlılar maşınla piyadaları vurdu Ölən var

07.04.2026

Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.

Bakının Xətai rayonunda azyaşlıların hərəkətə gətirdiyi avtomobil iki piyadanı vurub, ölən var.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.

Qeyd edilib ki, Xətai rayon sakini İlham Qasımov "VAZ" avtomobili yaşadığı evin qarşısında, sərt enişli ərazidə, qapıları açıq vəziyyətdə saxlayaraq oradan uzaqlaşıb. Onun iki azyaşlı - 7 və 6 yaşlı övladları - nəqliyyat vasitəsinin sürətlər qutusuna müdaxilə edərək hərəkətə gətirib.

Uşaqlar avtomobildən düşməyə imkan tapsalar da, eniş istiqamətində sürət yığan nəqliyyat vasitəsi yolda olan iki qadını vurub.

Hadisə zamanı piyadalardan biri xəsarət alıb, digəri isə həyatını itirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью