Avtosfer saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bakıda yolu müəyyən olunmayan yerdən keçən piyadalar həm özlərini, həm də sürücülərin həyatını təhlükə altında qoyublar. Avtosfer.az xəbər verir ki, hadisə paytaxtın Abbas Mirzə Şərifzadə küçəsində qeydə alınıb. Belə ki, nizamlanmayan keçidin yaxınlığında piyadalar yolu qadağan olunmuş yerdən keçiblər.
Kadrlarda görünür ki, qaydanı pozan piyadaların yanında azyaşlı uşaqlar da olub. Uşaqlara bu cür hallarda yol hərəkəti qaydalarına əməl etməyin əhəmiyyəti izah edilməli, təhlükəsiz davranış vərdişləri aşılanmalıdır. Əksinə, bu cür məsuliyyətsiz və qaydalara zidd hərəkətlər azyaşlılara pis örnək olmaqla yanaşı, gələcəkdə bu davranışın təkrarlanmasına zəmin yaradır.
Fərid