Icma.az bildirir, Olke.az saytına əsaslanaraq.
Xəbər verdiyimiz kimi, “Qarabağ”ın UEFA Çempionlar Liqasının əsas mərhələsinin VII turu çərçivəsində keçirdiyi oyundan sonra maraqlı görüntülər yayılmışdı. Belə ki, azyaşlı azarkeş Fatihin oyundan əvvəl “hesab 3:2 olacaq, Bəhlulun xeyrinə” deməsi sosial şəbəkələrdə böyük marağa səbəb olmuşdu.
Bəzi istifadəçilər görüntünün oyundan sonra çəkildiyini iddia edərək ironik paylaşımlar etsələr də, videonu paylaşan şəxs bunun həqiqətə uyğun olmadığını bildirib. O, Fatihin oyun boyu “Bəhlul, Bəhlul” deyə “Qarabağ”a azarkeşlik etdiyini və bununla bağlı videoları hekayə bölməsində paylaşdığını qeyd edib.
Həmçinin bildirilib ki, Fatih “Araz Futbol Akademiyası”nın üzvüdür və həftədə iki dəfə məşqçi və komandası ilə məşqlərə qatılır. Azyaşlının ən böyük arzusu isə “Qarabağ”ın futbolçusu Bəhlul Mustafazadədən öz adı yazılmış imzalı forma almaq olub.
Ölkə.az xəbər verir ki, nəhayət ki, bu arzu gerçəkləşib. Fatih sevimli futbolçusu Bəhlul Mustafazadə ilə görüşərək ondan imzalı formasını alıb. Səmimi görüş sosial şəbəkələrdə böyük rəğbətlə qarşılanıb.
Azarkeşlər “Qarabağ” futbolçularının, xüsusilə də Bəhlul Mustafazadənin məşhurluğun zirvəsində belə sadə və diqqətcil davranışını yüksək qiymətləndiriblər. Klubun azarkeşlərə və gənc futbolsevərlərə göstərdiyi bu münasibət “Qarabağ”ın təkcə meydanda yox, insanlıq baxımından da nümunə olduğunu bir daha sübut edib.
Leyla