Azyaşlıya işgəncə verilməsi ilə bağlı məsələnin YENİ DETALLARI

25.02.2026

Icma.az bildirir, Bakivaxti portalına istinadən.

Bakıda azyaşlıya qarşı işgəncə verildiyi iddiası ilə bağlı həbs edilən şəxslər barəsində yayılan məlumatlara yeni detallar əlavə olunub.

Bakıvaxtı.az-ın əldə etdiyi video və səs yazısında 6 yaşlı oğlanın özünün səsləndirdiyi sözlər hadisənin fərqli istiqamətdə qiymətləndirilə biləcəyini ortaya qoyub.

Səs yazısında azyaşlı zədələri dostları ilə oynadığı zaman yıxılaraq aldığını bildirir.

Qeyd edək ki, Yasamal Rayon Məhkəməsi tərəfindən azyaşlıya işgəncə verməkdə təqsirləndirilən şəxslərdən - anası Nina Feodorovna Mereuta bir ay və onunla qeyri-rəsmi yaşadığı Ayxan Firdovsi oğlu Ələkbərli barəsində isə iki ay həbs qətimkan tədbiri seçilib.

Sözügedən səs yazısını və görüntüləri təqdim edirik.

Rəşid Muxtar

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью