B 2 bombardmançıları İranın yeraltı KONKRET

01.03.2026

Konkret.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

ABŞ-a məxsus B-2 tipli strateji bombardmançı təyyarələr İran ərazisində yerləşən yeraltı ballistik raket anbarlarına zərbələr endirib. Məlumata görə, dörd ədəd B-2 bombardmançısı ABŞ-dan uzunmüddətli uçuş həyata keçirərək əməliyyatda iştirak edib.

KONKRET.az xəbər verir ki, bu barədə Fox News məlumat yayıb. Bildirilir ki, təyyarələr hər biri 2000 funt (təxminən 900 kiloqram) çəkidə olan onlarla bomba ilə yeraltı obyektləri hədəfə alıb.

Zərbələrin nəticələri və mümkün dağıntılarla bağlı hələlik rəsmi açıqlama verilməyib.

Natiq Səlm,
KONKRET.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью