B Seriyasında çıxış edən klubdan Rodriges sürprizi

08.09.2026

sport24.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İtaliya B Seriyasında çıxış edən "Avellino" klubu heyətinə ulduz futbolçu cəlb edə bilər. Sport24.az "La Gazzetta Dello Sport"a istinadən xəbər verir ki, klub Xames Rodrigeslə danışıqlar aparır. Tərəflər arasında təxminən bir aydır davam edən görüşlərdə müəyyən irəliləyiş əldə olunub.
Məlumata görə, "Avellino"nun idman direktoru Mario Aiello əvvəlcə futbolçunun nümayəndələri ilə əlaqə saxlayıb, daha sonra danışıqlar birbaşa onun düşərgəsi ilə davam etdirilib. Hazırda azad agent statusunda olan 35 yaşlı futbolçuya müxtəlif qitələrdən təkliflər gəlsə də, bu variantlar onu qane etməyib. Kolumbiya millisin kapitanı B Seriyasında çıxış etmək və xüsusilə "Avellino"ya keçmək ehtimalına müsbət yanaşır.
Klub rəhbərliyi transferin maliyyə tərəflərini də nəzərdən keçirir. Rodrigesin böyük sosial media auditoriyasına sahib olması mümkün transferin marketinq baxımından da "Avellino" üçün cəlbedici olacağı gözlənilir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью