BAAUda Mahmud Tutunçiyevin xatirəsi anıldı Fotolar

27.12.2024

Qafqazinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı Avrasiya Universitetinin (BAAU) Marketinq ixtisasının III kurs tələbəsi Mahmud Tutunçiyev 2024-cü il dekabrın 25-də “Azərbaycan Hava Yolları”na məxsus J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsinin Aktau şəhəri yaxınlığında baş vermiş qəza nəticəsində həyatını itirib.

“Qafqazinfo” xəbər verir ki, universitetin girişində M.Tutunçiyevin əziz xatirəsini anmaq üçün xatirə guşəsi yaradılıb.

BAAU-nun rəhbərliyi, akademik-inzibati heyət üzvləri və tələbələr guşənin önünə gül dəstələri qoyub, onu ehtiramla yad ediblər.












Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью