BAAUda qəza qurbanı olan tələbənin xatirəsi anıldı Fotolar

27.12.2024

Icma.az, Qafqazinfo portalına istinadən məlumat yayır.

Məlum olduğu kimi, Bakı Avrasiya Universitetinin (BAAU) tələbəsi Mahmud Tutunçiyev də “Azərbaycan Hava Yolları”nın Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya düşməsi nəticəsində həlak olub.

“Qafqazinfo” xəbər verir ki, universitetin girişində Marketinq ixtisasının III kurs tələbəsi olan M.Tutunçiyevin əziz xatirəsini anmaq üçün guşə yaradılıb.

BAAU-nun rəhbərliyi, akademik-inzibati heyət üzvləri və tələbələr guşənin önünə gül dəstələri qoyub, onu ehtiramla yad ediblər.










Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью