Bab əl Məndəb boğazında gəmilərin hərəkəti 56 faiz azalıb

28.07.2026

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Yəmənin “Ənsar Allah” hərəkatının (husilər) Səudiyyə Ərəbistanı ilə əlaqəli gəmilərə qarşı embarqo elan etməsindən sonra Bab əl-Məndəb boğazında ticarət gəmilərinin hərəkəti 56 faiz azalıb. XQ-nin məlumatına görə, bu barədə “The National” qəzeti “Kpler” analitik şirkətinin göstəricilərinə istinadla xəbər verib.

Bildirilib ki, blokadanın elan edildiyi iyulun 20-də boğazdan 34 yük gəmisi keçdiyi halda, iyulun 26-da bu göstərici 15-ə düşüb. Məlumata görə, əsasən neft, taxıl və gübrə daşıyan gəmilərin hərəkətindəki bu azalma husilərin Səudiyyə Ərəbistanının Cizan və Yanbu şəhərlərindəki “Saudi Aramco” obyektlərinə hücumlar barədə bəyanatları fonunda baş verib. Qəzet, həmçinin ABŞ və İran arasında qarşılıqlı hücumların səngiməsindən sonra iyulun 26-da Hörmüz boğazında gəmi hərəkətinin yenidən artdığını diqqətə çatdırıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью