Baba üç yaşlı nəvəsinin başına OYUN AÇDI

21.01.2025

News24 portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Yaponiyada 26 yaşlı qadın və onun 52 yaşlı atası üç yaşlı uşağa əzab verdikləri üçün həbs edilib. 

News24.az söz.az-a istinadla xəbər verir ki, bu barədə NHK məlumat yayıb.

Hadisə Xirosimada baş verib. 

İstintaq müəyyən edib ki, ötən ilin sentyabrında baba nəvəsinin ağzını, qollarını və ayaqlarını bağlayaraq karton qutuda saxlayıb.

Yanvar ayında ana və baba uşağı arıq vəziyyətdə xəstəxanaya gətiriblər. Həmin an o, artıq komada olub.

Polis oğlanın sistematik zorakılığa məruz qaldığını güman edir. Artıq ana da, baba da günahlarını etiraf ediblər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью