Baba Vanqa və Nostradamusun dünyanı titrədən 2025 kəhanətləri

26.12.2024

Missiya.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.


Ölümlərindən illər keçməsinə baxmayaraq, məşhur astroloqlar, kahinlər(öngörücülər) - Nostradamus və Baba Vanqanın kəhanətləri hər il gündəmə gəlməkdə davam edir.
Missiya.Az
xarici mediaya istinadən xəbər verir ki, iki kahinin 2025-ci illə bağlı kəhanətləri də yenidən gündəmə gəlib.

Nostradamusun təxminlərinə görə "əntiq(qədim) bir vəba" yenidən ortaya çıxacaq. Epidemiyanın bütün dünyada keçmiş xəstəliklər kimi təsirli olacağı gözlənilir.

Sözügedən öngörücünün 2025-ci il üçün digər proqnozlarına nəzər salaq:

1. “Göydən od kürəsi düşəcək” kimi ifadələr mümkün asteroid zərbəsi və ya böyük bir vulkan püskürməsini ağıllara gətirir;

2. Şimal və Cənub arasında qarşıdurmalar yaşanacaq, təhlükəli hal ala bilər;

3. Aşırı dərəcədə istilərin, ekstremal hava hadisələrinin baş verəcəyi ehtimal edilir.

İndi isə "Balkanların Nostradamusu" kimi tanınan Baba Vanqa yeni il üçün kəhanətlərinə diqqət yetirək:

1. 2025-ci ildə Avropada qitə əhalisinə təsir edəcək münaqişə başlayacaq. Bu qiyamətlə nəticələnəcək hadisələrin başlanğıcı olacaq;

2. O, yerdənkənar canlılarla əlaqənin qurulacağını və bunun ən qeyri-adi şəraitdə böyük bir idman hadisəsi zamanı baş verəcəyini proqnozlaşdırıb;

3. Alimlər laboratoriyalarda insan orqanlarını istehsal edə biləcəklər;

4. Elm adamlarının az qala fövqəltəbii görünən bir enerji mənbəyi ilə qarşılaşacaqlarını iddia edib.

Zərintac Mayisqızı
Missiya.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью