Babadan miras qalan torpaq sahələrinin olması kimi hallar da var

24.11.2026

Redaktor.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Mən deyərdim ki, biz bu qanun layihəsini qəbul etmək üçün hətta gecikmişik".

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında deputat Siyavuş Novruzov “Maraqlar toqquşması haqqında” Azərbaycan Respublikası qanununun layihəsi haqqında danışarkən bildirdi.

O nəzərə çatdırdı ki, burada bəyannamənin düzgün və vaxtında elan olunması məsələsi var:

"Çünki son vaxtlar Prezident tərəfindən aparılan korrupsiyaya qarşı mübarizə nəticəsində ayrı-ayrı məmurların məsuliyyətə cəlb olunması halları ilə müntəzəm rastlaşırıq. Həmin şəxslərin qeyri-qanuni yollarla əldə etdikləri vəsaitləri ailə üzvlərinin, yaxın qohumlarının və ətrafındakı şəxslərin adına rəsmiləşdirməsi, nəticədə öz adlarına heç bir əmlakın, hətta yaşayış evinin belə olmaması və kirayədə yaşamaları kimi hallarla qarşılaşırıq. Bu da insanlarda haqlı narazılıq yaradır. Hesab edirəm ki, bəyannamə əvvəlcədən təqdim olunmalı və bütün bu məsələlər açıq şəkildə göstərilməlidir. Çünki keçmişdən qalan bəzi əmlakların, məsələn, babadan miras qalan torpaq sahələrinin olması kimi hallar da var. Hər halda, torpaq və digər əmlaklar bəyannamədə öz əksini taparsa, bu məsələlərə aydınlıq gətirmək mümkün olacaq".

Onun sözlərinə görə, ikinci məsələ ədalətsiz sahibkarlıqla bağlıdır:

"Bu gün bəzi şəxslər öz imkanlarından və mövqelərindən istifadə edərək ticarət, fermer təsərrüfatı və digər sahələrdə üstünlük əldə edirlər. Kiçik və orta sahibkarlıqla məşğul olan vətəndaş isə bankdan 20-30 faizlə kredit götürərək fəaliyyət göstərməyə çalışır. Nəticədə istehsal üçün lazım olan məhsulları və resursları dəyərindən baha alır, öz məhsulunu isə dəyərindən aşağı satmağa məcbur qalır. Bu vəziyyətin nəticəsində kənd yerlərində minlərlə insan hər hansı biznes fəaliyyəti ilə məşğul olmaq imkanından məhrum olur. Hesab edirəm ki, bu qanunun qəbul edilməsi ilə belə haqsızlıqların və qanunsuzluqların aradan qaldırılmasına şərait yaradılmalıdır".

NURİYYƏ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью