“Babamı gördüm, orada idi...” | Icma.az
Icma.az, Sia Az saytına istinadən bildirir. Televiziya ulduzu klinik ölüm yaşadı və ölümdən sonra həyatı gördü...
...“Böyük itki” şousunun səkkizinci mövsümünün iştirakçısı Treysi Yukiç ilk sınaq zamanı klinik ölümlə üzləşib.
Televiziya ulduzu ölümdən sonrakı həyatı gördüyünü iddia edir. SİA-nın məlumatına görə, onun hekayəsini “Us Weekly” nəşr yayıb.
Deməli, şounun təşkilatçıları iştirakçıları çimərliyə gətirib və onların qarşısına vəzifə qoyublar: mil (1,6 kilometr) qaçmaq.
Yarış zamanı Yukiçin ayaqları nəzərəçarpacaq dərəcədə “daşa düşüb” və o, birbaşa qumun üzərinə yıxılaraq huşunu itirib.
Digər iştirakçıların köməyi ilə qadın məsafəni qət edə bilsə də, finiş xəttini keçdikdən dərhal sonra yenidən yıxılaraq həyat əlamətlərini göstərməyi dayandırıb.
O, təcili olaraq helikopterlə xəstəxanaya aparılıb. ...Sanki üzəndim. Sonra babamı gördüm, orada idi.
Sonra qaranlığı, daha sonra işığı gördüm və buna görə də bilirəm ki, o gün öldüm.
Tam oxu
Xəbəri oxu