Babamı nasistlərlə işbirliyində ittiham edirdilər Paşinyan

01.10.2025

Unikal.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ermənistanın baş naziri Nikol Paşinyan hibrid hücumlardan qorxmur.

"Unikal" xəbər verir ki, hökumət saatında hibrid hücumlarla bağlı sualı cavablandıran Paşinyan 2021-ci ildə istefa verdiyini və seçki kampaniyasına getdiyini xatırladıb. Paşinyan o vaxt dediyi sözləri də yada salıb.

“Əgər xalq məni divar önünə qoymaq qərarına gəlsə, gedəcəm. Mən artıq ən ədalətli hakim - xalq tərəfindən mühakimə olundum. Mən yenidən mühakimə olunacağam", - Paşinyan seçkilərə toxunaraq deyib.

"Hibrid hücumlardan danışanda mən bunu qeyri-ciddi hesab edirəm. 2020-2021-ci illərdəki kimi hibrid hücumlar heç vaxt olmayıb və olmayacaq. Babama İkinci Dünya Müharibəsi zamanı satqın damğası vurublar. Ona qarşı kampaniyaya başlayıblar, onu nasistlərlə işbirliyində ittiham ediblər. Gələcəkdə nə olacaq - sadəcə hibrid desert", - deyə erməni baş nazir bildirib. 


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью