Babasına çəkən igid | Icma.az
Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Xocalıda nəşi tapılan şəhidimiz Akif Seyidulla oğlu Mahmudovun Ceyranbatanda torpağa tapşırılması barədə xəbəri oxuyanda yadıma o düşdü – qonşum olmuş şəhid Akif Əbdüləli oğlu Mahmudov.
Eyni ad-soyadlı, oxşar taleli igidlərin hər ikisi 32 il əvvəl Qarabağda həlak olub.
30 yaşında Xocalıda itkin düşən Akif Seydulla oğlunun nəşi 32 il sonra orada qazıntılar zamanı kütləvi məzarlıqda tapılıb.
40 yaşında həlak olan Akif Əbdüləli oğlu isə elə o vaxt Sumqayıt Şəhidlər xiyabanında dəfn edilib...
Qonşum Akif Sumqayıt Kompressorlar zavodunda işləyirdi, mühəndis idi. Cəbhəyə getdiyini çox sonra eşitdim.
Şəhidlik xəbəri gələndə fevral ayının şaxtalı bir günü idi. Bütün qonşular onun ölümünə vaysındılar.
Sumqayıt Şəhidlər xiyabanında dəfnində ruhuna böyük ehtiramla iştirak elədik.
Tam oxu
Xəbəri oxu