Babək İcra Hakimiyyəti 530 minə 6 maşın alır

02.05.2025

Icma.az, Tribuna saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Babək rayon İcra Hakimiyyəti 2025-ci ildə kommunal təyinatlı texnikaların satın alınmasını həyata keçirəcək.

Tribunainfo.az xəbər verir ki, dövlət qurumu bununla bağlı tenderin nəticələrini açıqlayıb.

Həmin məlumatlarda bildirilir ki, Babək İcra Hakimiyyəti 6 ədəd müxtəlif təyinatlı maşın alacaq. Onlardan 3-ü tullantı daşıyan, 2 ədədi 20 tonluq su maşını, 1 ədədi isə ekskavator-yükləyici olacaq.

Bununla əlaqədar İcra Hakimiyyəti “PROLİNK CASPİAN” MMC ilə razılaşma əldə edib. 6 ədəd maşını almaq üçün isə şirkətə 529 min 634 manat ödəniləcək.

Fərda Uğur

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью