Yenisabah saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Əməkdar artist Babək Niftəliyev tələbəlik dövründəki qısqanc xarakterindən danışıb.
“Yeni Sabah” xəbər verir ki, xanəndə “Xəzər axşamı” verilişində qısqanclığının o illərdə gündəlik həyatına da təsir etdiyini söyləyib.
O, Asəf Zeynallı adına Orta İxtisas Musiqi Məktəbində oxuduğu vaxtlarda xanım kurs yoldaşlarının nahar fasiləsində yaxınlıqdakı kafeyə gedərkən belə onlardan ayrılmaq istəmədiyini bildirib. Sənətçi bunun səbəbini qısqanc olması ilə izah edib: pizza sifarişi
“Çox qısqanc insanam. Asəf Zeynallı adına Orta İxtisas Musiqi Məktəbində təhsil alanda istəmirdim ki, məktəbimizin qızlarına kimsə başqa gözlə baxsın”.
Qeyd edək ki, Babək Niftəliyev vaxtilə Asəf Zeynallı adına Orta İxtisas Musiqi Məktəbində müəllim işləyib. Hazırda isə Bülbül adına Orta İxtisas Musiqi Məktəbində xalq çalğı alətləri şöbəsinin müdiri vəzifəsində çalışır.