Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.
Əməkdar artist Babək Niftəliyev Bülbül adına orta ixtisas musiqi məktəbində yeni vəzifəyə təyin edilib.
Bakıvaxtı.az-ın əldə etdiyi məlumata görə, Niftəliyev xalq çalğı alətləri şöbəsinin müdiri vəzifəsinə gətirilib.
Təyinatla bağlı müvafiq əmrə məktəbin rəhbəri Teymur Göyçayev imza atıb.
Qeyd edək ki, Babək Niftəliyev 1985-ci ildə Kəlbəcərdə anadan olub. Asəf Zeynallı adına Musiqi Texnikumunda təhsil alıb.
O uzun müddət idi ki, sözügedən musiqi təhsili müəssisəsində müəllim olaraq çalışırdı.
Murad İsmayıl