Babək prospektində maşın körpüdən aşdı Foto

11.11.2026

Icma.az, Qafqazinfo portalına istinadən məlumat verir.

Bu gün paytaxtın Xətai rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, Babək prospekti üzərindəki körpüdə “BMW” markalı avtomobil idarəetmədən çıxıb.

Körpünün kənarındakı məhəccərə çırpılan nəqliyyat vasitəsi hündürlükdən köməkçi yola aşıb.

Hadisə yerinə polis əməkdaşları və FHN-in xilasediciləri cəlb edilib.

Qəza nəticəsində xəsarət alanlarla bağlı hələlik məlumat yoxdur.



Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью