Babək Quliyev UEFA Gənclər Liqasının oyununa təyinat aldı

01.11.2026

sport24.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Beynəlxalq dərəcəli hakim-inspektor Babək Quliyev UEFA-dan növbəti təyinat alıb. Sport24.az xəbər verir ki, o, UEFA Gənclər Liqasının Çempionlar yolunun ikinci mərhələsi çərçivəsində keçiriləcək "Göztəpə" (Türkiyə) – "AZ Alkmaar" (Niderland) oyununda hakim-inspektor olacaq.

Qeyd edək ki, qarşılaşma noyabrın 3-də Türkiyənin İzmir şəhərində yerləşən "Bornova" stadionunda keçiriləcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью