525.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Noyabrın 14 də Babək Rayon Təhsil Şöbəsində keçirilən təlim Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi və Gənc Xarici Dil Müəllimləri Birliyinin sədri Günay Əkbərova tərəfindən aparılıb. Təlimdə rayon üzrə ümumi təhsil müəssisələrində çalışan 60 nəfər xarici dil müəllimi iştirak edib.
525.az xəbər verir ki, təlimdə inkluziv təhsil, müasir xarici dil metodları, şagird motivasiyasının artırılması və rəqəmsal resurslardan istifadə mövzuları müzakirə olunub. Təlimin məqsədi müəllimlərin peşəkar bacarıqlarını artırmaq və tədrisdə müasir yanaşmaları təşviq etmək olub.