Babək rayonun Sirab kəndində minik avtomobili qaz xəttini sıradan çıxarıb

08.05.2026

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Naxçıvan, 8 may, AZƏRTAC

Naxçıvanda nəqliyyat vasitəsi qaz xəttinə çırpılıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə Babək rayonunun Sirab kəndində qeydə alınıb.

Qəza nəticəsində nəqliyyat vasitəsi qaz xəttini sıradan çıxarıb. Təhlükəsizlik məqsədilə ərazidə qazın verilişi dayandırılıb. Hazırda təmir-bərpa işləri aparılır, yaxın saatlarda qazın verilişi planlaşdırılır.

Müxbir- Nail Əsgərov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью