Babək rayonunda qaz təchizatında fasilə yaranacaq

19.05.2025

Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.

Bu gün Babək rayonunda qaz təchizatında fasilə yaranacaq.

Oxu.Az xəbər verir ki, bu barədə Naxçıvan Qaz İstismar Xidməti məlumat yayıb.

Bildirilib ki, yeni siyirtmə quraşdırılması və 100 mm boru korroziyaya uğradığı üçün yeraltı xəttin yerüstü xətlə dəyişdiriməsi ilə əlaqədar qaz təchizatı Babək rayon Cəhri qəsəbəsində 4 siyirtmə və 3 QTŞ-də bu gün saat 10:00-dan müvəqqəti dayandırılacaq.

Təmir işləri başa çatdıqdan sonra qaz təchizatı bərpa ediləcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью