Babək rayonundakı yol qəzasında xəsarət alan üç nəfərdən biri ölüb

27.05.2025

Icma.az bildirir, Azxeber.com saytına əsaslanaraq.

Naxçıvan-Şahbuz magistral yolunun Babək rayonunun Uzunoba kəndi ərazisində keçən hissəsində iki "VAZ" markalı avtomobilin toqquşması nəticəsində xəsarət alan üç nəfərdən biri ölüb.

Hadisə nəticəsində xəsarət alan Naxçıvan şəhər sakini, 1967-ci il təvəllüdlü Əsgərova Nəzakət Əli qızı müalicə aldığı xəstəxanada vəfat edib.

Qəzada xəsarət alan digər iki qadının müalicləri davam edir.

Faktla bağlı araşdırma aparılır.

/report

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью