Babək rayonunun bəzi kəndlərində işıq olmayacaq Yeni Çağ Media

18.11.2024

Yenicag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Babək rayon Elektrik Şəbəkəsinin Tədbirlər planına uyğun olaraq 35/10 kilovoltluq “Nəzərabad” yarımstansiyasında yağ açarlarının cari təmir işləri aparılacaq.

Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin mətbuat xidmətindən Yenicag.az-a bildirilib ki, bununla əlaqədar sabah saat 11:30-dan 13:00-dək Babək rayonunun Şıxmahmud, Xəlilli, Yuxarı Uzunoba, Aşağı Uzunoba, Vayxır, Xalxal, Nəzərabad, Didivar və Uzunoba gölü ətrafında yerləşən iaşə obyektlərində elektrik enerjisinin verilişində qısamüddətli müəyyən fasilələr yaranacaq.

www.yenicag.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью