Babək rayonunun bir sıra kəndlərində elektrik enerjisinin verilişində fasilələr yaranacaq AZƏRTAC

18.11.2024

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Naxçıvan, 18 noyabr, AZƏRTAC

Babək rayon Elektrik Şəbəkəsinin Tədbirlər planına uyğun olaraq 35/10 kilovoltluq “Nəzərabad” yarımstansiyasında yağ açarlarının cari təmir işləri aparılacaq.

Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, bununla əlaqədar sabah saat 11:30-dan 13:00-dək Babək rayonunun Şıxmahmud, Xəlilli, Yuxarı Uzunoba, Aşağı Uzunoba, Vayxır, Xalxal, Nəzərabad, Didivar və Uzunoba gölü ətrafında yerləşən iaşə obyektlərində elektrik enerjisinin verilişində qısamüddətli müəyyən fasilələr yaranacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью