Icma.az, Avtosfer saytına istinadən bildirir.
Paytaxtın Xətai rayonu ərazisində baş verən ağır yol-nəqliyyat hadisəsinin görüntüləri yayılıb.
Avtosfer.az xəbər verir ki, görüntülərdə sürücü Vüsal Nəsirlinin idarə etdiyi BMW markalı, 10-HH-919 dövlət nömrə nişanlı avtomobil Babək prospekti üzərindəki körpüdən köməkçi yola aşdığı görünür. Yaranmış təhlükə ilə əlaqədar həmin yoldan istifadə edən digər sürücülərin, eləcə də piyadanın da ərazidən uzaq durduğu görünür.
Şahidlərin bildirdiyinə görə, qəzanın baş verməsinə səbəb sürücünün avtomobili yüksək sürətlə idarə etməsi olub. Hadisə yerinə polis əməkdaşları və FHN-in xilasediciləri cəlb edilib.
Qəza nəticəsində sürücü Vüsal Nəsirli yüngül xəsarətlər alıb.
Səfər
bax.tvhttps://bax.tv/embed/228732.html