Footbal-plus portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Uzun illər Türkiyədə çıxış etmiş Rayan Babel son açıqlamasına aydınlıq gətirməli olub.
Karyerasını ötən mövsüm başa vurmuş niderlandlı futbolçu qatıldığı bir ''podkast''da ''Qalatasaray''da oynadığı dönəmdə bəzi matçlarda hakimlərin hesabına qalib gəldiklərinə işarə vurmuşdu.
Babelin bu sözləri Türkiyə futbol ictimaiyyətində heç də birmənalı qarşılanmadı.
Hətta ''Fənər''in yönəticisi də son açıqlamasında Babelin sözlərini qabardaraq ''Qalatasaray''ı ''sancmağa'' çalışmışdı.
Babel öz səhifəsində etdiyi paylaşımda bunları vurğulayıb: ''Verdiyim son müsahibənin ardından gündəmi məşğul edən bir anlaşılmazlıq baş verib.
Bu gün sözlərimin yozulduğunu və yalnız ''Qalatasaray''a qarşı bir alət kimi istifadə olunduğunu görürəm.
Amma mən müsahibədə hər üç İstanbul nəhənglərindən bəhs etməyə çalışmışdım.