Babeldən QALMAQALLI AÇIQLAMA: Hakimlər Qalatasaray a kömək edirdilər

01.03.2025

Oxu.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bir zamanlar Türkiyədə "Kasımpaşa", "Beşiktaş", "Qalatasaray" və "Eyüpspor" komandalarının formasını geyinmiş hollandiyalı sabiq futbolçu Rayan Babel "Trabzonspor"un keçmiş ulduz futbolçusu Con Obi Mikelin podkast yayımında təəccübləndirən açıqlamaları ilə yadda qalıb.

Oxu.Az "Fanatik"ə istinadən xəbər verir ki, Babel Türkiyədə oynadığı dövrü xatırlayaraq, "Fənərbağça" ilə bağlı qalmaqallı açıqlama edib:

"Türkiyə çempionatı ilə bağlı çox şey var. Demək istədiyim, "Fənərbağça" ilə səfər oyununa gedən klublar bilirdilər ki, həm "Fənərbağça"nı, həm azarkeşlərini, həm də hakimi məğlub etməlisən. Çünki əks halda hakimlər nə edərdilər?!".

Hollandiyalı sabiq "Cim-bom"lu bəzi matçlarda hakimlərin "Qalatasaray"a da yardım etdiyini bildirib:

"10 il Türkiyədə dörd fərqli komandada oynadım. Həm də etiraf edim ki, "Qalatasaray"da oynayanda bəzi matçlarda qalib gələrkən, bilirdim ki, bu gün bəxtimiz gətirdi, çünki hakim bizə çox kömək etdi".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью