“Baboş”a maşın alan Emin Hüseynovun dövlətə vergi borcu artır

21.02.2025

Icma.az bildirir, Tribuna saytına əsaslanaraq.

Tik-tok sosial şəbəkəsinin fenomenlərindən olan “Baboş”a son model “Range Rover” hədiyyə etməsi ilə gündəm olan spirtli işçi istehsalçısı “Quseynoff” MMC-nin qanuni təmsilçisi Hüseynov Emin Zahid oğlunun vergi borcu daha da artıb.

Tribunainfo.az xəbər verir ki, bir müddət əvvəl fövlətə olan borcu 166 105 AZN olan şirkətin borcu ötən ay 173 594 AZN idi. “Quseynoff” MMC-nin dövlətə olan borcu bu ay daha da artaraq 173 835 AZN olub.

Qeyd edək ki, dövlətə olan vergi borcu artmaqda olan “Quseynoff” MMC rəhbəri Hüseynov Emin Tik-tokda fenomeni “Baboş”a avtomobil hədiyyə etdikdən sonra məşhurlaşmışdı. E.Hüseynovun şirkəti spirtli içki istehsalı ilə məşğuldur.

Qarşı tərəfi dinləməyə hazırıq.

Gülşən

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью