Bacarsaq, Çelsi nin qayıtdığı sübuta yetiriləcək Entso Mareska

08.05.2025

Icma.az xəbər verir, Fanat saytına əsaslanaraq.

UEFA Konfrans Liqasının yarımfinal mərhələsinin cavab oyunları çərçivəsində bu gün İsveçin "Yurqorden" komandasının qonağı olacaq "Çelsi"nin baş məşqçisi Entso Mareska matç ərəfəsində fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, ilk oyunda Skandinaviya təmsilçisini 4:1 hesabı ilə darmadağın edən "zadəganlar"ın çalışdırıcısının sözlərini klubun mətbuat xidməti belə çatdırıb:

"Oyunçuları əmin etməyə çalışıram ki, gündən-günə qalib mentaliteti formalaşdırmaq lazımdır.  Konfrans Liqasını qazansaq, bu, arzuladığımız mentalitetin əsasının qoyulmasını şərtləndirər. Biz bu turnirin qalibi olmalıyıq. Bacarsaq, "Çelsi"nin qayıtdığı sübuta yetiriləcək".

Qeyd edək ki, "Yurqorden" - "Çelsi" matçı Bakı vaxtı ilə 23:00-da start götürəcək.

Nihat

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью