Bacı qardaşı olanlarmı, yoxsa olmayanlarmı daha xoşbəxtdir? | Icma.az
Icma.az, Cebheinfo portalına istinadən məlumat verir. İngiltərədə Sosial və İqtisadi Tədqiqatlar İnstitutunun araşdırmasına görə, bacısı və
"Cebheinfo.az" xəbər verir ki, araşdırmada 2500 uşaq və gənc iştirak edib.
Nəticədə evin tək uşaqlarının qardaş və bacısı olanlarla müqayisədə daha xoşbəxt olduğu üzə çıxıb.
Belə ki, evin tək uşaqları rəqabət içində olmadığı üçün emosional cəhətdən daha sağlamdır.
Tək uşaqlar valideynlərinin diqqətini çəkmək üçün rəqabətə ehtiyac duymurlar.
Araşdırmada iştirak edən uşaqların yarısı bacı-qardaşları tərəfindən incidildiyini bildirib.
Üçdə bir hissəsi bacı-qardaşları tərəfindən mütəmadi olaraq döyüldüklərini deyib.
Uşaqlardan bəziləri bacı-qardaşlarının onlara gülməli ad verdiyi üçün narahatlığını dilə gətirib.
Tam oxu
Xəbəri oxu